Son iki gün ərzində 50 mindən çox ukraynalı ölkəsini tərk edib.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.
Onun sözlərinə görə, müharibə səbəbindən Ukraynanı tərk edənlərin böyük əksəriyyəti Polşa və Moldovaya üz tutub.
BMT rəsmisi Ukraynadan köçün sürətlə davam etdiyini diqqətə çatdırıb.