"Türk Hava Yolları" aviaşirkəti müvəqqəti olaraq Ukrayna və Moldovaya reysləri ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə şirkətin "Twitter" səhifəsində məlumat paylaşılıb.
"18 mart 2022-ci il tarixinədək (daxil olmaqla) Ukrayna və Moldovayaya uçuşlarımız ləğv edilir. Biletlərin dəyişdirilməsi və pulun geri qaytarılması ilə bağlı sorğular üçün agentliyinizlə əlaqə saxlaya, vebsaytımıza daxil ola və ya +90 850 333 0 849 nömrəli zəng mərkəzimizlə əlaqə saxlaya bilərsiniz", - deyə açıqlamada bildirilib.