Modern.az

ABŞ bu rusiyalı oliqarxlara qadağa qoydu - SİYAHI

ABŞ bu rusiyalı oliqarxlara qadağa qoydu - SİYAHI

Aktual

4 Mart 2022, 09:10

Ukrayna hadisələri ilə əlaqədar ABŞ 19 rusiyalı iş adamına, habelə onların ailə üzvlərinə və onlarla yaxından əlaqəli şəxslərə viza məhdudiyyətləri qoyub.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki,  Dövlət Departamenti bəzi rus oliqarxları Rusiyanın sabitliyi pozan xarici siyasətini dəstəkləyən zərərli fəaliyyətlər göstərələr.

Qeyd olunur ki, ABŞ Rusiya Federasiyasının 19 iş adamına, o cümlədən onların qohumları da daxil olmaqla daha 47 nəfərə qarşı viza məhdudiyyəti tətbiq edir.

Ağ Ev həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və yeddi iri rus sahibkarına qarşı “tam bloklama” sanksiyalarının tətbiq edildiyini elan edib.

Sanksiya siyahısına Nikolay Tokarev, Boris və Arkadi Rotenberq, Sergey Çemezov, İqor Şuvalov, Yevgeni Priqojin və Əlişir Usmanov da daxildir.

Peskov və Usmanov istisna olmaqla, bütün hallarda siyahıdakı şəxslərin ən yaxın qohumları da sanksiyalara məruz qalıb.

Rusiya fevralın 24-dı Ukraynada müharibəyə başlayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı