Modern.az

Odessadan daha 60 azərbaycanlı təxliyə olunur

Odessadan daha 60 azərbaycanlı təxliyə olunur

Aktual

4 Mart 2022, 09:36

“Bu gün Ukraynanın Odessa şəhərindən bir qrup azərbaycanlı təxliyə olunacaq”.

 

Bu barədə Modern.az-a Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədr müavini Anar Ağazadə məlumat verib.

 

O bildirib ki, gün ərzində 60 nəfər Azərbaycan vətəndaşının təxliyəsi gözlənilir:

 

“Bu gün bir avtobusla 60-a yaxın vətəndaşımızın təxliyəsi həyata keçiriləcək. Yola salacağımız həmvətənlərimiz Moldova sərhədinə gedib. Orada səfirlik əməkdaşları onları yerləşdirəcək. Burada nəqliyyat vasitəsi tapmaq çox çətindir. Amma müraciət olduqca və müəyyən sayda insan yığıldıqca nəqliyyat vasitəsi göndəririk. Dünən iki böyük, iki kiçik avtobusla daha 200-ə yaxın soydaşımızın şəhərdən Moldova sərhədinə təxliyəsini uğurla başa çatdırmışıq”.

 

Qeyd edək ki, müharibə başlayanadək Odessa vilayətində ümumilikdə 30 min azərbaycanlı yaşayırdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı