Modern.az

Goranboyda idmanın inkişafı ilə bağlı tədbirlər keçiriləcək

Goranboyda idmanın inkişafı ilə bağlı tədbirlər keçiriləcək

Aktual

4 Mart 2022, 10:42

Goranboyda idmanın ağır atletika növünün inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda idmanın ağır  atletika növünün inkişafı vəziyyəti ilə yerində tanış olublar, məşqçilər və idmançılarla görüşüblər, bu sahədə mövcud problemlər və çatışmazlıqların aradan qaldırılması, fəaliyyət göstərən məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi və genişləndirilməsi  ilə bağlı, aidiyyəti mütəxəssislərlə birgə  müzakirələr aparıblar.

 

Daha sonra yeni inşa edilmiş Olimpia İdman Kompleksində oldular və burada müxtəlif növlər üzrə idmanın  inkişaf imkanları ilə tanış olublar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı