Modern.az

Zəngilanda ANAMA-nın bazası istifadəyə veriləcək

Zəngilanda ANAMA-nın bazası istifadəyə veriləcək

Aktual

4 Mart 2022, 11:04

"Zəngilanda ANAMA-nın bazasının tikilməsi istiqamətində iş gedir. Novruz bayramından sonra bu bazanı istifadəyə verəcəyik".

 

Modern.az xəbər vəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirində deyib.

 

O bildirib ki, Laçın və Cəbrayılda əlavə iki bazanın da qurulması da nəzərdə tutulur:

 

"Builki Tədbirlər Planına uyğun olaraq 40 min hektar ərazi minalardan təmizlənəcək. Bunun tən yarısı ANAMA-nın öhdəliyidir. Minatəmizləmə heyətinin sayı iki dəfə artırılacaq. Maddi texniki baza gücləndirilib, yeni texnika və avadanlıqlar alınıb" - o deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı