Hacıqabulda “5 mart Bədən Tərbiyəsi və İdman Günü” qeyd edilib.
Modern.az xəbər verir ki, martın 4-də Hacıqabul rayon icra hakimiyyəti başçısı Rüstəm Xəlilov rayonun idman sahəsində yüksək xidmətləri olan bir qrup idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə ölkəmizdə son illərdə idmanın inkişafı istiqamətində əldə olunmuş nəticələrdən, ölkə rəhbərliyi tərəfindən respublikamızda idmanın inkişafı sahəsində görülmüş yüksək işlərdən, idmançılara göstərilmiş hərtərəfli diqqət və qayğıdan söhbət açılıb.
Tədbir iştirakçılarına rayonun idman sahəsindəki xidmətlərinə görə “5 mart Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı və xatirə hədiyyələri təqdim edildi.