Ölkənin işğaldan azad olunmuş ərazilərində qazlaşma prosesinə hələ başlanılmayıb.
Modern.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, hazırda bu proses daxili məsləhətləşmələr və müzakirələr mərhələsindədir:
“Əgər bununla bağlı hər hansı qərar və göstəriş olarsa, “Azəriqaz” dərhal icrasına başlaya bilər. Bu imklanlar mövcuddur. Qərar verildikdən sonra ilk olaraq Şuşa və Ağdamın qazpaylayıcı qaz xətlərinin çəkilməsinə başlanılacaq. Hələlik belə qərar yoxdur”.