Ermənistanın beşinci prezidenti Vaaqn Xaçaturyanın inauqurasiyası parlamentin martın 13-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək növbədənkənar sessiyası zamanı baş tutacaq.
Modern.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Nəşrin məlumatına görə, kompleks prezidentin andiçmə mərasiminə hazırlaşır.
Xaçaturyanın namizədliyini hakim “Mülki müqavilə” partiyasının fraksiyası prezidentliyə irəli sürüb. Martın 3-də parlament ikinci turda gizli səsvermə yolu ilə Vaaqn Xaçaturyanı Ermənistan dövlətinin başçısı seçib.
Yeni prezident seçildikdən sonra 10-cu gündə çağırılan Milli Assambleyanın növbədənkənar sessiyası zamanı səlahiyyətlərinin icrasına başlayır və and içir