Modern.az

Naxçıvan qeydiyyatında olanların “Müharibə veteranı” statusu TƏSDİQLƏNDİ

Naxçıvan qeydiyyatında olanların “Müharibə veteranı” statusu TƏSDİQLƏNDİ

Aktual

4 Mart 2022, 12:18

“Vətəndaş pensiya, əməkhaqqı, müavinət almasından asılı olmayaraq, “Müharibə veteranı” təqaüdünü ala bilər”.

 

Modern.az-ın məlumatına görə, bu barədə DOST Agentliyinin DOST xidmətləri departamentinin direktor müavini Vasif Qəribov “Sosial saat” verilişində deyib.

 

Onun sözlərinə görə, “Naxçıvan qeydiyyatında olan vətəndaşların da “Müharibə veteranı” statusu təsdiqlənib:

 

"Naxçıvan Dövlət Sosial Müdafiə Fondu kartları sifariş verdikdən sonra həmin şəxslər də təqaüdlərini ala biləcəklər”.

 

Qurum rəsmisi müharibə veteranlarına Prezidentin aylıq təqaüdü (80 manat) verilməsinin müddətsiz olduğunu vurğulayıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!