Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisi Rusiya qoşunları tərəfindən ələ keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Nüvə Tənmzimləməsi Dövlət Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, AES-in enerji bloklarına zərər dəyməyib, bölgədə baş vermiş yanğın reaktorlara təhlükə törətməyib.
Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb. Yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.