Panama hakimiyyəti sanksiyalar tətbiq etməkdən və Rusiya gəmilərinin keçidi üçün kanalı bağlamaqdan imtina edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Panama dövlətinin rəhbərliyi qərar qəbul edib.
Bundan əvvəl Mərkəzi Amerikanın bu ölkəsinin sakinləri Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya gəmilərinin kanaldan keçməsinə qadağa qoyulmasını tələb edərək küçələrə çıxıblar.
Panama kanalına çıxış okeanlararası neytrallıq prinsipinə əsaslanır, lakin tranzitə yerli hakimiyyət orqanları nəzarət edir. Etirazçılar Rusiyaya qarşı sanksiyalar tələbi ilə prezident Laurentino Kortisoya məktub veriblər.
Lakin sonradan Panama Kanalı İdarəsi (ACP) neytrallıq siyasətinin davam etdiriləcəyini bəyan edib.
"Panama kanalı Ukraynadakı mövcud vəziyyəti diqqətlə izləyir, lakin o, daimi neytral beynəlxalq tranzit su yoludur", - deyə məlumatda bildirilir.