Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) yeni ünvanda fəaliyyət göstərəcək.
Bu barədə Modern.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, 3 il əvvəl – 2019 – cu il mart ayının 1 – də Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı ARKİ sədri Şəfiqə Məmmədova quruma bina ayrılması üçün müraciət etmişdi. Həmin müraciətidən sonra ölkə başçısı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üçün yeni bina ayrılması barədə tapşırıq vermişdi. Bu əsasla AZƏRTAC-ın əvvəl yerləşdiyi binanın 2-ci mərtəbəsi bütövlükdə ARKİ-yə ayrılıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı artıq həmin ünvanda – Bülbül prospekti 18/30-da məskunlaşıb.