Modern.az

Rusiyadan geri addım - Tələblər azaldıldı

Rusiyadan geri addım - Tələblər azaldıldı

Aktual

4 Mart 2022, 12:59

Ruslar danışıqlar zamanı tələbləri tədricən azaldır. 

 

Modern.az xəbər verir ki, Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Aretoviç Ukrayna ilə Rusiya arasında aparılan danışıqların təfərrüatlarını açıqlayıb.

 

"Onlar denazifikasiya və digər məsələlər haqqında danışmağı dayandırdılar. Əsas tələbləri qeyri-blok statusu haqqındadır. Söhbət Ukraynada müəyyən növ hücum silahlarının yerləşdirilməsinin qarşısını almaqdan gedirdi. Rusiya Federasiyası öz siyasi məqsədlərinə hərbi yolla nail olmağın mümkün olmadığını başa düşür. Ukraynanın mühasirəyə alınmış şəhərlərinə, Rusiya işğalından əziyyət çəkən şəhərlərə humanitar yardım və ya humanitar dəhlizlərin göstərilməsi ilə bağlı tərəflərin razılığı olub”, - deyə Ukrayna rəsmisi bildirib.

 

O əlavə edib ki, dünən əldə edilən razılaşma beynəlxalq təşkilatlar tərəfindən dəstəklənəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı