Ukrayna Silahlı Qüvvələri rus generalın Çerniqov vilayətində öldürüldüyünü təsdiqləyib.
Qeyd edilib ki, Ukraynanın Çerniqov vilayəti ərazisində Rusiya 41-ci Ordu komandanının müavini, general-mayor Andrey Suxovetski məhv edilib.
Modern.az xəbər verir ki, məlumatı ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşenko təsdiqləyib.
"Birinci getdi! İlk rus işğalçı general Ukraynada məhv edildi. Başqaları dahazır olsun! Ya da cənablar, generallar - yuxarılara bildirin ki, Rusiyanı Ukraynanın işğalını dərhal dayandırmasa, onu məhv edəcək qanlı macəralar gözləyir", - Anton Geraşenko deyib.
"Ukrayna sizin Əfqanıstanınızdır. Rusiyanın dağılmasını 10 il gözləməli olmayacaqsınız", - Geraşenko bildirib.