Modern.az

NATO Ukrayna müharibəsində iştirak etməyəcək - Almaniya kansleri

NATO Ukrayna müharibəsində iştirak etməyəcək - Almaniya kansleri

Aktual

4 Mart 2022, 13:15

NATO Ukraynadakı müharibədə iştirak etməyəcək. Modern.az xəbər verir ki, bunu ZDF telekanalına müsahibəsində Almaniya kansleri Olaf Şolz deyib.

“NATO müharibəyə qoşularsa bu, Ukraynadakı çətin vəziyyətin dramatik şəkildə gərginləşməsinə gətirib çıxaracaq və böyük təhlükələr yaradacaq. Ona görə də indi bunu etmək ağılsızlıq olardı”, - deyən Şolz NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın qarşısının alınmasının vacibliyini vurğulayıb.

O əlavə edib ki, Ukraynada vəziyyəti sakitləşdirmək üçün atəşkəs və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması ilə bağlı gələcək danışıqlara ehtiyac var. Kanslerin fikrincə, Rusiyaya qarşı razılaşdırılmış sanksiyalar ilk mərhələdə özünü hiss etdirdi.
“İndi baş verənlər Ukrayna xalqına qarşı müharibədir”, o əlavə edib.

Olaf Şolzun sözlərinə görə, o, Rusiyada rejim dəyişikliyinin regiondakı problemləri həll edəcəyinə inanmır, çünki demokratiya xalqdan gəlməli olan bir şeydir.

“Bütün problemləri həll etmək üçün basılacaq tək düymə yoxdur. Yeganə yol danışıqlar üçün zəmin yaratmağa və konsensus tapmağa çalışmaqdır”, - deyə o, fikrini yekunlaşdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı