Modern.az

Özəlləşdirilmə vəsaitlərindən istifadə qaydası dəyişir

Özəlləşdirilmə vəsaitlərindən istifadə qaydası dəyişir

Aktual

4 Mart 2022, 13:57

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitindən istifadə qaydası dəyişir.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Layihəyə əsasən, bu vəsaitdən özəlləşdirmədən sonra müəsisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi texniki bazasının möhkəmləndirilməsi üçün də istifadə ediləcək.

 

Layihə birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər