Pakistanda məsciddə baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Bildirilib ki, bu gün Pişəvərdə şiələrə məxsus "Kucha Risaldar" məscidinə bombalı hücum olub. Hadisə nəticəsində 45 nəfər ölüb, 65 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
***
14:00
Pakistanın Peşəvər şəhərində məscidə bombalı hücum olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terror aktı nəticəsində ən azı 30 nəfər həyatını itirib.
Hadisənin hansı qruplar tərəfindən törədildiyi hələlik məlum deyil.