Modern.az

"Neftçi" və "Səbail" cərimələndi

Aktual

4 Mart 2022, 14:37

AFFA İntizam Komitəsi "Neftçi" klubunu azarkeşlərinə görə 1600 manat məbləğində cərimələyib.

 

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların səfərdə "Sabah" komandasına qarşı Premyer Liqanın XVII tur oyununda meydana yad əşyalar atmaları səbəb olub.

 

Bundan başqa "ağ-qaralar" 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə olaraq 800 manat ödəyəcək.

 

Analoji cəriməyə "Səbail" klubu 4 futbolçusu "Zirə" ilə görüşdə sarı vərəqə gördüyü üçün məruz qalıb.

 

Qeyd edək ki, "Neftçi" "Sabah"ı, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə yenib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!