Azərbaycan Dövlət Pedaqoji Universitetində İrəvan Müəllimlər Seminariyasının 140 illiyi münasibəti ilə “Firudin bəy Köçərli adına Adlı təqaüd” təsis edilib.
Bu barədə Modern.az-a ADPU-nun mətbuat katibi Cavid Hüseynov bildirib.
Yeni təqaüd hər il universitetə ən yüksək balla qəbul olunan tələbəyə 1 il müddətində veriləcək.
Qeyd edək ki, hazırda ADPU-da hər biri 204 AZN dəyərində olan 11 adlı təqaüd var.