Modern.az

Donetskdə Rusiyanın "Su-25" qırıcısı vuruldu

Donetskdə Rusiyanın

Aktual

4 Mart 2022, 14:56

Ukrayna Silahlı Qüvvələri 54-cü mexanikləşdirilmiş briqadasının əsgərləri ölkənin Donetsk vilayəti istiqamətində Rusiyanın “Su-25” qırıcı təyyarəsini vurublar.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

 

“Bu gün, martın 4-də Ukrayna Hava Hücumundan Müdafiə Birliyinin Qüvvələri Volnovaxa şəhəri səmasında düşmənin “Su-25” qırıcısını vurub. Bu təyyarə dinc sakinlərin yaşayış binalarını və mülki infrastrukturları bombalayırdı. Qırıcının pilotu katapult edib. Onun axtarışı davam edir”, - məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı