Modern.az

Kiyevdə müharibə vaxtı 390 uşaq doğulub

Kiyevdə müharibə vaxtı 390 uşaq doğulub

Aktual

4 Mart 2022, 15:35

Ukraynanın paytaxtı Kiyev şəhərində son 8 gün ərzində 390 körpə doğulub.

 

Modern.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko özünün Teleqram kanalında məlumat paylaşıb.

 

Mer qeyd edib ki, doğulanlardan 199-u oğlan, 191-i isə qızdır.

 

"Şəhərin xəstəxanaları lazım olan hər şeylə təmin olunub, onlar işləyir. Həkimlər hazır vəziyyətdədir. Paytaxtın doğum evləri də işləyir və son 8 gündə Kiyevdə 390 körpə doğulub. Kiyev zooparkında Bayraktar adı verilən lemur doğulub”, - deyə Kliçki vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı