Modern.az

Nərə balığının ovu qadağandır - Nazirlik

Nərə balığının ovu qadağandır - Nazirlik

Aktual

4 Mart 2022, 16:38

"Ölkəmizdə nərə balığının ovlanması qadağandır". 

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda danışıb.

 

F. Əliyevin sözlərinə görə, Xəzər dənizində nərə balıqlarının artırılmasına xüsusi dəstək göstərilir:

 

“2021-ci il ərzində 550 mindən artıq nərə körpəsi Kür çayı mənsəbinə buraxılıb. Məqsədimiz nərə cinsi növlərinin təbii mühitdə sayının artırılmasıdır. Nərə balığı ovlayanlar brokenyer kimi cəzalandırılır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV