Modern.az

NATO Ukrayna səmasını bağlamayacaq - YENİLƏNİB

NATO Ukrayna səmasını bağlamayacaq - YENİLƏNİB

Aktual

4 Mart 2022, 17:18

“NATO ölkələri düşünür ki, Ukrayna ərazisində NATO qoşunları olmamalıdır”.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

 

Onun sözlərinə görə, Ukrayna səmasının bağlanması məsələsi NATO xarici işlər nazirlərinin iclasında müzakirə olunub və yekun qərar qəbul edilib.

 

“NATO müttəfiqləri razılaşırlar ki, Ukraynanın hava səması bağlanmayacaq”,- deyə baş katib qərarı açıqlayıb.

 

***

(16:53)

Rusiyanın Zaporojye AES-ə hücumundan sonra NATO üzvləri martın 4-də keçiriləcək iclasda Ukrayna üzərində uçuşa qadağa qoyulmasını müzakirə edəcək.

Modern.az xəbər verir ki, "Financial Times" məlumatı İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresə istinadən yayıb.
 

Nəşr Rusiyanın ötən gecə saatlarında Zaporojye atom elektrik stansiyasına hücumunun ABŞ prezidenti Co Baydeni işğalçı ölkəni dərhal atəşkəsə çağırmağa sövq etdiyinə diqqət çəkib.


Stansiyadakı yanğın yalnız cümə günü səhər saatlarında söndürülüb.

Albarez deyib ki, NATO martın 4-də keçiriləcək sammit zamanı Ukraynaya mümkün müdaxilələri, o cümlədən ölkə üzərində uçuşa qadağa qoyulmasını müzakirə edəcək.

Eyni zamanda, o əlavə edib ki, bu məsələ ilə bağlı müsbət qərar qəbul ediləcəyi ehtimalı azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı