Modern.az

30 polis xidmətdən xaric edilib - HESABAT

30 polis xidmətdən xaric edilib - HESABAT

Aktual

4 Mart 2022, 17:08

Azərbaycanda etik davranış qaydalarını pozuduğuna görə işdən çıxarılan polis əməkdaşlarının sayı artıb.

 

Modern.az xəbər verir ki, Etik davranış məsələləri ilə bağlı 2021-ci il üzrə hesabatda 168 polis əməkdaşına intizam tənbehi verildiyi açıqlanıb.

 

Bildirilib ki, onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub, 21-i tutduğu vəzifədən azad edilib, 117-i barəsində digər məsuliyyət tədbirləri görülüb.

 

Qeyd edək ki, 2020-ci ildə daxili nəzarət tədbirləri çərçivəsində görülmüş işlərlə etik davranış qaydalarının pozulmasına görə 155 əməkdaşa intizam tənbehi verilib. Onlardan 22-i daxili işlər orqanlarında xidmətdən xaric olunub, 16-ı tutduğu vəzifədən azad edilib, 117-i barəsində digər məsuliyyət tədbirləri görülüb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!