Modern.az

Rusiya əleyhinə çağırışlara görə cəzalar SƏRTLƏŞDİRİLİR

Rusiya əleyhinə çağırışlara görə cəzalar SƏRTLƏŞDİRİLİR

Aktual

4 Mart 2022, 17:40

Rusiya əleyhinə əlavə sanksiyaların tətbiqinə yönələn çağırışlara görə dəmir barmaqlıqlar arxasında üç ilə qədər cinayət məsuliyyətini nəzərdə tutan qanun təsdiqlənib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, qanunu Rusiya Federasiya Şurası bu gün təsdiqləyib.

 

Rusiya Cinayət Məcəlləsinə xarici dövlətləri və ya şirkətləri yeni sanksiyalar tətbiq etməyə və ya mövcud sanksiyaların müddətini uzatmağa yönələn çağırışlara görə 500 min rubla qədər (4429 ABŞ dolları) cərimə və ya məhkumun məcmu əməkhaqqı məbləğində üç ilədək cərimə nəzərdə tutan maddə əlavə ediləcək.


Turqay Musayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı