Modern.az

“Google” Rusiyada bütün reklamları dayandırdı

“Google” Rusiyada bütün reklamları dayandırdı

Aktual

4 Mart 2022, 17:53

"Google" şirkəti Rusiyada bütün reklamları dayandırıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətdən CNN-ə bildirilib.

 

"Fövqəladə hallar fonunda biz Rusiyada "Google" reklamlarını dayandırırıq. Vəziyyət sürətlə inkişaf edir və biz lazım gəldikdə yeniləmələri paylaşmağa davam edəcəyik" - məlumatda deyilir.

 

Qeyd olunub ki, qərar "Google"un Rusiyadakı bütün reklam səthlərini, o cümlədən "Google"nin ekran reklamı, "YouTube" və axtarışları əhatə edir”.

 

Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı