Avropa birjalarında qazın qiyməti tarixi rekordu yeniləyərək 2400 dolara qalxıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, Londonun ICE birjasının məlumatına əsasən, martın 4-də keçirilən hərracda Niderlanddakı TTF habında min kubmetr qazın aprel fyuçersinin qiyməti 2391,6 dollaradək bahalaşıb.
Mavi yanacağın qiymətində bundan əvvəlki rekord min kubmetr üçün 2279 dollar təşkil etmişdi.
Qeyd edilib ki, qazın birja kotirovkalarında kəskin artımı Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər dövlətlərin rusiyalı hüquqi və fiziki şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar fonunda müşahidə olunur.