Ukraynada baş verən son hadisələrlə əlaqədar olaraq bu ölkədən Macarıstan ərazisinə keçən vətəndaşlarımıza və onların ailə üzvlərinə müraciət edilib.
Modern.az xəbər verir ki, bu barədə Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli sosial şəbəkə hesabında yazıb.
“Həmin şəxslərin Azərbaycana tez bir zamanda dönüşü üçün Səfirliyimizin təşəbbüsünə əsasən yerli “WizzAir” aviaşirkəti ilə danışıqlarımız nəticəsində həftədə iki dəfə birbaşa olaraq Budapeşt-Bakı reysi həyata keçiriləcək. Belə ki, gözlənilən ən yaxın uçuş martın 9-da baş tutacaq”, - məlumatda deyilir.