Modern.az

Gimnastımız Qətərdə bürünc medal qazandı

Gimnastımız Qətərdə bürünc medal qazandı

Aktual

4 Mart 2022, 23:10

Martın 2-də Qətərin Doha şəhərində idman gimnastikası üzrə Dünya kubokuna start verilib. Yarışda Azərbaycanı yığma komandanın üzvləri Nikita Simonov və İvan Tixonov təmsil edirlər.

 

Modern.az xəbər verir ki, yarışların üçüncü günündə gimnastımız Nikita Simonov uğurla çıxış edərək halqa ilə hərəkətlərin icrasında bürünc medal qazanıb.

 

Digər təmsilçimiz İvan Tixonov da parallel qollar və turnik hərəkətlərinin icrasında finala vəsiqəni təmin edib. İdmançımız sabah finalda mübarizə aparacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı