Modern.az

Azərbaycan komandasının üzvündən uğurlu nəticə

Azərbaycan komandasının üzvündən uğurlu nəticə

Aktual

23 Yanvar 2013, 16:58

18-19 yanvar 2013-cü il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) son illər buzadırmanma idman növü üzrə yetişdirilən 5 idmançısı  İsveçrənin Saas-Fee şəhərində keçirilən Buzadırmanma üzrə Dünya Kuboku yarışlarının 2-ci mərhələsində iştirak edib.
Federasiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Buzadırmanma üzrə Dünya Kuboku yarışlarının 2-ci mərhələsində Cənubi Qafqazdan 8 idmançı iştirak edib. Mürəkkəblik mərhələsi üzrə keçirilən yarışda idmançımız Renat Rəhimxanov Cənubi Qafqazdan olan  idmançılar arasında ən yaxşı nəticə göstərib.
”Nəzərə alsaq ki, Renat Rəhimxanov ilk dəfədir bu yarışda öz gücünü sınayır, onun göstərdiyi nəticə yaxşı hesab oluna bilər. Sürət üzrə keçirilən yarışlarda da idmançılarımız qənaətbəxş nəticələr göstəriblər”.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından təşkil olunmuş Azərbaycan komandası 26-27 yanvar 2013-cü il tarixlərində İtaliyada keçiriləcək Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında daha geniş tərkibdə iştirak edəcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları keçən ildən başlayaraq buzadırmanma üzrə Dünya Kuboku yarışlarına qoşulublar.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı