Modern.az

Kuleba Lavrovla görüşü belə qiymətləndirdi

Kuleba Lavrovla görüşü belə qiymətləndirdi

Aktual

10 Mart 2022, 14:00

“24 saatlıq atəşkəs məsələsini müzakirə etdik, amma irəliləmə əldə edə bilmədik. Rusiya bu barədə qərar verəcək”.


Modern.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşlə bağlı mediaya açıqlamasında deyib.


“Amma biz əlimizdən gələni edəcəyik. Belə görüşü yenidən təşkil edə bilərik. Ukraynadakı savaşın dayanması üçün mən görüşlərə davam edəcəyəm. Bir saat yarım görüş davam etdi, həqiqətən Çavuşoğlu (Türkiyənin XİN başçısı) bizim üçün çox iş gördü. Ümid edirik ki, Rusiya insani olaraq qərar verəcək. 24 saatlıq atəşkəs qərarı veriləcək. Biz hazırda müharibəni dayandıra bilmərik. Çünki müharibəni başlamamışıq”,- XİN başçısı bugünkü görüşü qiymətləndirib.

 

Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib. Görüş Türkiyənin Antalya şəhərində yerləşən məşhur “Regnum Carya” otelində baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı