Modern.az

Azərbaycan səfirindən erməni əsilli iranlı deputatlara CAVAB

Azərbaycan səfirindən erməni əsilli iranlı deputatlara CAVAB

Aktual

22 Mart 2022, 10:28

Azərbaycanın İrandakı səfiri Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsinə İran parlamentinin 2 erməni əsilli deputatının etiraz etməsinə münasibət bildirib.

 

Modern.azxəbər verir ki, bu barədə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə özünün “Twitter” hesabında paylaşım edib.

 

“Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsindən İran parlamentinin 2 erməni əsilli deputatı narahat olub və bunu psixoloji təzyiq adlandırıblar.

 

Ümid edirəm din alimləri Azanın müqəddəsliyini və Xankəndinin kimə aid olduğunu onlara başa salar”, - deyə səfir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı