Modern.az

Qəzaya uğrayan təyyarədə sağ qalan olmayıb

Qəzaya uğrayan təyyarədə sağ qalan olmayıb

Aktual

22 Mart 2022, 13:06

Çində qəzaya uğrayan sərnişin təyyarəsində sağ qalan yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Mülki Aviasiya Administrasiyasından verilən açıqlamada bildirilib.

 

"Təyyarə qəzasının qalıqlarında davam edən xilasetmə işlərində heç bir canlı tapılmayıb. Qruplar qəzanın səbəbini öyrənmək üçün qara qutunun axtarışlarını davam etdirir", - məlumatda deyilir.

 

Qeyd edək ki, Çinin “China Eastern” şirkətinə məxsus sərnişin təyyarəsi Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb. İçərisində 123 sərnişin və 9 heyət üzvünün olduğu “Boeing-737” tipli təyyarə Kunmin şəhərindən yerli vaxtla saat 13:15-də havaya qalxıb. Quancou şəhərinə uçan təyyarə havaya qalxdıqdan təxminən 1 saat 10 dəqiqə sonra radarlardan itib. Altı ildir istifadədə olan təyyarə Tensiən rayonunda dağa çırpılaraq yanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı