Modern.az

Azərbaycanlı hakim Yunanıstanın oyununa təyinat aldı

Azərbaycanlı hakim Yunanıstanın oyununa təyinat aldı

Aktual

22 Mart 2022, 13:36

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

 

Modern.az-ın məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət milli Yunanıstan millisinin evdə Lixtenşteynə qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun baş hakimi olacaq.

 

Cabbarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

 

Qeyd edək ki, görüş martın 25-də baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!