Modern.az

Mariupoldan təxliyə üçün dəhlizlər açıldı

Mariupoldan təxliyə üçün dəhlizlər açıldı

Aktual

22 Mart 2022, 14:06

Martın 22-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 3 humanitar dəhliz açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.

 

O deyib ki, martın 22-də Mariupol şəhərindən humanitar dəhlizlər razılaşdırılıb.

 

Ötən gün humanitar dəhlizlər vasitəsilə Ukraynanın təhlükəli rayonlarından 8057 dinc sakin təxliyə edilib, onlardan 3007-si Mariupoldan xilas edilərək Zaporojyeyə aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı