Modern.az

Çavuşoğlu müsəlman ölkələrini birliyə ÇAĞIRDI

Çavuşoğlu müsəlman ölkələrini birliyə ÇAĞIRDI

Aktual

22 Mart 2022, 15:36

“İslam dünyasının hazırkı durumunun günahkarı kimdir? Başqalarını ittiham etmək asan işdir. Bəs özümüz?”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin XİN başçılarının iclasında deyib.

 

“Cənub Kəşmirin statusunu və demoqrafik tərkibini dəyişdirmək təşəbbüsləri düzgün davranışdır? Bəs Uyğur türklərinin hazırkı durumu görməzlikdən gəlmək nə qədər doğrudur? İƏT olaraq biz ümumi mübarizələrimiz üçün çalışırıq. Vəzifəmiz ümumi mübarizələrimizdə bir-birimizin yanında olmaqdır”, - deyə nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı