Modern.az

Qonşu ölkədə koronavirus qadağaları ləğv olunur

Qonşu ölkədə koronavirus qadağaları ləğv olunur

Aktual

22 Mart 2022, 15:42

Martın 28-dən Gürcüstanda pandemiyaya görə tətbiq edilən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu tibbi maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

 

Mopdern.az verir ki, bu barədə Dövlət Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze məlumat verib.

 

Onun sözlərinə görə, ictimai iaşə obyektləri, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək. Distant qaydada çalışanlar iş yerlərinə qayıda biləcəklər.

 

Bundan başqa, PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar. Lakin, ictimai nəqliyyat və qapalı ictimai məkanlarda maskadan istifadə tələbi qüvvədə saxlanılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı