Modern.az

Türkiyədə güclü partlayış - İki polis yaralandı

Türkiyədə güclü partlayış - İki polis yaralandı

Aktual

22 Mart 2022, 16:00

Türkiyənin Bingöl vilayətində Xüsusi Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatlarının çatdırılması zamanı partlayış olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, partlayış zamanı 2 polis əməkdaşı ağır yaralanıb.

 

Partlayış bu gün saat 13:30 radələrində Kaleönü Məhəlləsindəki Xüsusi Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatı (tank əleyhinə) daşınarkən baş verib.

 

Ağır yaralanan polislərin Bingöl Dövlət Xəstəxanasına çatdırıldıqları bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!