Modern.az

BMT-dən Ukraynadakı vəziyyətlə bağlı xəbərdarlıq

BMT-dən Ukraynadakı vəziyyətlə bağlı xəbərdarlıq

Aktual

22 Mart 2022, 19:26

Ukraynadakı vəziyyət nəticəsində ərzaq, gübrə və enerjinin qiymətinin artması qlobal ərzaq böhranına səbəb olmaq təhlükəsi yaradır.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.

 

A.Quterreş bildirib ki, hərbi əməliyyatlar mütləq dayandırılmalı və sülh üçün şans yaradılmalıdır.

 

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!