Modern.az

Qızıl Xaç Komitəsinin Mariupol cəhdi uğursuz olub

Qızıl Xaç Komitəsinin Mariupol cəhdi uğursuz olub

Aktual

4 Aprel 2022, 17:19

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ukraynanın mühasirədə olan Mariupol şəhərinə çatmaq üçün yeni cəhdləri uğursuzluğa düçar olub.

Modern.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən bu barədə CNN-ə bildirilib.


“Təhlükəsizlik şərtlərinə görə komandamız bu gün Mariupola çata bilməyib”, - deyə bəyanatda bildiriblər.


Xatırladaq ki, komanda çox ehtiyac duyulan humanitar yardımı təmin etmək və Rusiya bombardmanının əsas hədəfi olan şəhərdə mülki əhalinin təxliyəsini asanlaşdırmaq üçün şənbə günündən şəhərə girməyə çalışır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?