Modern.az

“Bu cür tədbirlərə Ermənistandan da mütəxəssislər dəvət oluna bilər”

“Bu cür tədbirlərə Ermənistandan da mütəxəssislər dəvət oluna bilər”

Aktual

29 Aprel 2022, 12:33

Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

 

Dövlətimizin başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik.

 

“Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu özü gözəl bir bünövrə olar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

Azərbaycan Prezidenti həmçinin bildirib ki, əfsuslar olsun ki, Ermənistanda tarixi hələ də, hər bir addımda saxtalaşdırmaqla məşğul olurlar. Eləcə də Azərbaycan torpaqları, Qarabağ ilə bağlı saxtakarlıqların şahidi oluruq.

 

Erməni tərəfinin saxtakarlıqlarına dair konkret misallar çəkən dövlətimizin başçısı deyib:

 

“Qeyd etməliyəm ki, belə bir saxta tarixi siyasət 5-6 il çəkirdi, hətta ondan sonra yeni bir parametrlərini əlavə edirdilər. Yəni, Azərbaycan şəhərlərinin adlarını belə rəsmən saxta erməni adları ilə dəyişirdilər. Məsələn, Şuşa şəhərini “Şuşi” adlandırmağa başlamışdılar. “Şuşi” adı tarixdə heç zaman olmayıb və heç bilmirəm “Şuşi” nə deməkdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı