“Hələ Ukrayna və Rusiya liderləri arasında danışıqların vaxtı deyil”.
Modern.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Türkiyə tərəfinin Ukrayna-Rusiya Federasiyasının nümayəndəsilə görüşünü şərh edərkən deyib.
"Mən görmürəm ki, bu gün Türkiyənin dediyi kimi, sözün əsl mənasında sabah və ya o biri gün görüş ola bilər. Təəssüf ki, bir az gözləmək lazımdır. Onlar görüşəcəklər, amma yəqin ki, bir az gec olacaq. Biz istəyirik ki, Ukraynanın bu danışıqlarda tutduğu mövqelər çox güclü olsun”.