Modern.az

Bayram günləri bu poçt şöbələri işləyəcək

Bayram günləri bu poçt şöbələri işləyəcək

Aktual

29 Aprel 2022, 14:50

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Ramazan bayramıilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

“Azərpoçt” MMC-dən Modern.az-a bildirilib ki, 2 və 3 may tarixində respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı aşağıdakılardır:

 

• 1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi, saat 09:00-18:00

 

• 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00

 

• 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00

 

• 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00

 

• 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00

 

• Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00

 

Məlumatda qeyd edilir ki,  istehsalat zərurətilə əlaqədar olaraq aşağıdakı poçt şöbələri adi iş rejiminə uyğun şəkildə fəaliyyət göstərəcək:

 

• 1 saylı poçt filialının 1, 3, 7,8, 20, 21, 25, 33, 52, 66, 108, 152 saylı poçt şöbələri,saat 10:00-17:00

 

• 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri, saat 10:00-17:00

 

• 3 saylı poçt filialının 34, 40, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri, saat 10:00-17:00

 

• 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri,saat 10:00-17:00

 

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?