Almaniya kansleri Olaf Şolts Ukraynaya səfər etmək fikrində olmadığını bəyan edib.
Modern.az xarivi KİV-ə istinadən xəbər verir ki, rəsmi Kiyevin Almaniya prezidenti Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtinasını təsdiqlədikdən sonra kansler də Ukraynana getməyəcəyini bildirib.
Alman ictimai yayımı ZDF-yə müsahibəsində Şolts cavab verib ki, "sən bunu edə bilməzsən" və bu, "yoluna mane olur".
“... Bu qədər hərbi yardım, bu qədər maliyyə köməyi göstərən ölkə Ukraynanın gələcəyi üçün vacib olan təhlükəsizlik zəmanəti verməyə hazırdır, amma prezidenti qəbul etmək istəmədilər”, - deyə kanseler incikliyini biruzə verib.