Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək Azərbaycanda ümumilikdə 792 585 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 804 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 72 nəfərdir.
Son gün ərzində 1667, hazırkı dövrədək isə 6 820 672 test aparılıb.
