Modern.az

Makronun andiçmə tarixi açıqlandı

Makronun andiçmə tarixi açıqlandı

Aktual

3 May 2022, 17:26

Emmanuel Makronun Fransa prezidenti kimi andiçmə mərasimi mayın 7-də Yelisey sarayında olacaq.

Modern.az xəbər verir ki, BFM TV məlumat yayıb.

Aprelin 27-də Fransa Konstitusiya Şurası Makronun yenidən ölkə prezidenti seçilməsini rəsmən təsdiqləyib, onun yeni mandatı mayın 14-də başlayacaq.

 

Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Emmanuel Makron və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen prezidentlik uğrunda mübarizə aparıblar. Fransa Konstitusiya Şurasının yekun məlumatlarına görə, Makron 58,55%, Le Pen 41,45% səs toplayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı