Modern.az

“Qarabağ” 9-cu dəfə çempion oldu

“Qarabağ” 9-cu dəfə çempion oldu

Aktual

3 May 2022, 21:00

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, həlledici görüşdə "Qarabağ" klubu öz meydanında "Sabah" komandasını qəbul edib.

 

Ağdam komandası matçda 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib.

 

Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. "Sabah" isə 36 xalla 4-cü pillədəki mövqeyini qoruyub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı