Modern.az

Qurban Qurbanovdan çempionluq şərhi: “Xoşbəxtəm”

Qurban Qurbanovdan çempionluq şərhi: “Xoşbəxtəm”

Aktual

3 May 2022, 21:29

"Hisslərimi sözlə ifadə edə bilmirəm".

 

Modern.az xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov komandasının 9-cu dəfə Azərbaycan çempionu olmasından danışarkən deyib.

 

Baş məşqçi çox sevincli olduğunu və komandasının cari mövsüm titula layiq olduğunu bildirib.

 

"İlk oyundan bu günədək eyni templə və istəklə davam etdik. Bu, mənim üçün çox vacib idi. Azarkeşlərimizi də çempionluq münasibəti ilə təbrik edirəm. Xoşbəxtəm. Hər şey əladır", - deyə Qurban Qurbanov vurğulayıb.

 

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib. Həlledici görüşdə "Qarabağ" klubu öz meydanında "Sabah" komandasını qəbul edib. Ağdam komandası matçda 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı