Modern.az

Türkiyənin İraqdakı hərbi bazasına hücum edildi

Türkiyənin İraqdakı hərbi bazasına hücum edildi

Aktual

22 May 2022, 14:36

İraqın şimal-şərqində yerləşən Türkiyə hərbi bazası hücuma məruz qalıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum Mosul yaxınlığındakı Zlikan düşərgəsində həyata keçirilib.

 

Məlumata görə, hərbi obyektə partlayıcı ilə təchiz edilmiş iki dron vasitəsilə hücum olub. Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

 

Qeyd edək ki, bu, Türkiyə hərbi bazasına partlayıcılı dronlarla ilk hücumdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...